Eyni xidmət üçün yalnız bir dəfə geri ödəmə tətbiq edilə bilər.
Geri ödəmə üçün xidmət əvvəlcə müştəri tərəfindən ləğv edilməlidir.
Əgər xidmət DenizHost.az tərəfindən ləğv edilibsə, geri ödəmə tətbiq olunmur.
Ödənişlər United Payment sistemi vasitəsilə həyata keçirilir və sistem birbaşa Kapital Bank ilə işləyir.
Təsdiqlənmiş geri ödəmələr 10 iş günü ərzində həyata keçirilir.
Kampaniya çərçivəsində pulsuz domen təqdim edilibsə və müştəri xidməti ləğv edərsə, domenin standart satış qiyməti geri qaytarılacaq məbləğdən çıxılır.
Əgər geri qaytarılacaq məbləğ domen qiymətindən azdır: müştəri fərqi ödəməlidir və ya domen hüququndan imtina etməlidir.
Domen hüququndan imtina edildiyi halda domenin mülkiyyəti DenizHost.az-a qaytarılır.
Bütün geri ödəmələr ödəmənin edildiyi valyutada həyata keçirilir.
Valyuta məzənnəsində baş verən dəyişikliklərdən yaranan fərqlər DenizHost.az tərəfindən qarşılanmır.
Geri ödəmələr yalnız United Payment üzərindən, ödənişin edildiyi bank kartına qaytarılır.
Ödəniş sistemi tərəfindən tutulan emal (komissiya) haqları geri qaytarılan məbləğdən çıxılır.
Domen Xidmətləri: Domen qeydiyyatı, yenilənməsi və bərpası üçün edilən ödənişlər geri qaytarılmır. Domen aktiv edilməsə və ya ləğv edilsə belə, ödəniş geri verilmir. Yalnız DenizHost.az tərəfindən baş vermiş domen transfer xətaları zamanı məbləğ istifadəçi hesabına kredit kimi əlavə edilə bilər.
Veb Hostinq Xidmətləri: Paylaşdırılmış Hostinq, Reseller Hostinq və VPS Xidmətləri üçün geri ödəmə alış tarixindən etibarən 14 gün ərzində mümkündür, əgər paket 30 gün geri qaytarma təminatı ilə təqdim olunubsa.
Paketə daxil olmayan əlavə xidmətlər, domen qeydiyyatına dair ödənişlər və SSL sertifikatları (xüsusi olaraq qeyd edilməyibsə) geri ödəmə siyasətinə daxil deyil.
G Suite və e-poçt yenilənmələri, Domen qeydiyyatı və bərpa haqları, SSL sertifikatları, Ayrılmış (Dedicated) IP ünvanları, Fiziki serverlər, Endirimli və kampaniyalı paketlər geri ödənişə daxil deyil.
Müştəri geri ödəmə tələbi üçün dəstək komandası ilə əlaqə saxlamalı və aşağıdakı məlumatları təqdim etməlidir:
Geri qaytarma tələbinin səbəbi
İstifadəçi məlumatları (istifadəçi adı, domen adı, əməliyyat kodu, alış tarixi)
Dəstək komandası tərəfindən tələb edilə biləcək əlavə məlumatlar