Provayder Linux Hostinq və WordPress Hostinq xidmətləri üçün 99.9% uptime zəmanət verir.
Uptime hər ay serverlərin işlək olduğu vaxtın faiz göstəricisidir.
Maksimum icazə verilən dayanma (monthly): 43 dəqiqə.
Provayder xidmət keyfiyyətini qorumaq məqsədilə planlı texniki işlər apara bilər. Bu işlər uptime hesabına daxil edilmir.
Müştəri əvvəlcədən rəsmi sayt və ya e-poçt vasitəsilə xəbərdar edilir.
Təbii fəlakətlər, müharibə, DDoS hücumları və digər üçüncü tərəf halları uptime zəmanətinə daxil deyil.
Əgər uptime 99.9% səviyyəsinə çatmazsa, müştəriyə aşağıdakı balans kreditləri təqdim edilə bilər:
• 99% ≤ uptime < 99.9% → 1 günlük credit
• 95% ≤ uptime < 99% → 3 günlük credit
• uptime < 95% → 7 günlük credit
Qeyd: Pul geri ödənişi yoxdur, yalnız hosting balansı şəklində kompensasiya verilir.
Müştəri serverə yerləşdirdiyi məlumatlar və fəaliyyətə görə cavabdehdir. Müştərinin daxili səhvləri və proqram təminatı ilə bağlı dayanma SLA-ya daxil deyil.