Tez-Tez Verilən Suallar
Hostinq, domen, ödəniş və dəstək haqqında ən çox soruşulanlar.
Ümumi
Hostinq nədir və mənə nə üçün lazımdır?
Hostinq saytınızın fayllarının, verilənlər bazasının və e-poçtlarının saxlandığı, 7/24 internetə açıq serverdir. Saytınızın hər kəs üçün açılması üçün domen və hostinq lazımdır.
Hansı idarəetmə panelindən istifadə edirsiniz?
Linux hostinq paketlərində DirectAdmin paneli istifadə olunur. Sayt, e-poçt, verilənlər bazası, SSL və faylları bir yerdən idarə edə bilərsiniz. Müştəri panelindən DirectAdmin-ə şifrə yazmadan bir kliklə daxil olmaq mümkündür.
Hostinq
Hostinq hesabım nə vaxt aktiv olur?
Ödəniş təsdiqlənən kimi hostinq hesabınız avtomatik yaradılır və giriş məlumatları müştəri panelində görünür, e-poçtunuza da göndərilir.
Paketimi sonradan böyüdə bilərəmmi?
Bəli. Müştəri paneli → Xidmətlər bölməsindən daha böyük paketə keçə bilərsiniz. Yalnız qiymət fərqini ödəyirsiniz, məlumatlarınız yerində qalır.
Ehtiyat nüsxə (backup) alınırmı?
Serverlərimizdə müntəzəm ehtiyat nüsxə alınır. Bununla belə, Xidmət Müqaviləsinə əsasən öz məlumatlarınızın ayrıca ehtiyat nüsxəsini saxlamağınız tövsiyə olunur.
Uptime zəmanətiniz nədir?
Linux Hostinq və WordPress Hostinq xidmətləri üçün 99.9% uptime zəmanəti veririk. Ətraflı məlumat SLA Şərtləri səhifəsindədir.
Domen
Domen qeydiyyatı nə qədər vaxt aparır?
Beynəlxalq domenlər (.com, .net, .org və s.) ödənişdən sonra dərhal avtomatik qeydiyyata alınır. .az domenləri əl ilə qeydiyyatdan keçirilir və bir qədər vaxt apara bilər.
Domenimi başqa şirkətdən sizə necə köçürə bilərəm?
Domen transferi səhifəsində domen adını yazın, köhnə registrardan aldığınız EPP (transfer) kodunu daxil edin və sifarişi tamamlayın. Transfer adətən 5–7 gün çəkir, domenin müddəti 1 il uzadılır.
DNS serverlərini (NS) necə dəyişə bilərəm?
Müştəri paneli → Domenlərim → domen → DNS serverləri bölməsindən istədiyiniz NS-ləri yaza bilərsiniz. DNS rekordlarını (A, CNAME, MX, TXT və s.) da oradan idarə etmək olar.
Ödəniş
Hansı ödəniş üsulları mövcuddur?
Bank kartı ilə onlayn ödəniş, bank köçürməsi və hesab balansı ilə ödəniş edə bilərsiniz. Bank rekvizitləri Bank hesablarımız səhifəsindədir.
Geri ödəniş mümkündürmü?
Linux Hostinq və WordPress Hostinq xidmətləri üçün geri ödəniş xidmətdən istifadəyə başlanıldığı tarixdən 14 gün ərzində tələb edilə bilər. Domen, SSL və VPS/VDS ödənişləri geri qaytarılmır. Ətraflı: Geri Ödəmə Siyasəti.
Dəstək
Texniki dəstəyə necə müraciət edə bilərəm?
Müştəri paneli → Dəstək → Yeni sorğu aç bölməsindən ticket göndərə, həmçinin WhatsApp və telefonla əlaqə saxlaya bilərsiniz.
Heç nə tapılmadı. Sualınızı bizə yazın — cavablandıraq.
Cavab tapmadınız?
Dəstək komandamız sualınızı cavablandırmağa hazırdır.