- Xidmətin statusu: müştəri panelində hostinq "Dayandırılıb" görünürsə, açıq fakturanı ödəyin.
- Domenin müddəti: Domenlərim bölməsində domenin bitmə tarixini yoxlayın.
- DNS: domenin nameserverləri ns1.denizdesign.az, ns2.denizdesign.az olmalıdır. Yeni dəyişiklik 24 saata qədər yayıla bilər.
- Fayllar: saytın faylları
public_htmlqovluğundadırmı vəindexfaylı varmı? - Xəta mesajı: brauzerdə hansı xəta göstərilir? 500, 403, 404 və baza xətaları üçün ayrıca bələdçilərə baxın.
- Başqa şəbəkədən yoxlayın: mobil internetlə açılırsa, problem sizin şəbəkədə və ya DNS keşindədir.
Səbəbi tapa bilmirsinizsə, domen adı və ekran şəkli ilə dəstək sorğusu açın.