- Müştəri panelində Dəstək → Yeni sorğu bölməsinə keçin.
- Uyğun departamenti seçin (texniki, maliyyə, satış).
- Mövzunu və problemi ətraflı yazın: domen adı, xəta mesajı, nə vaxtdan başladığı.
- Lazım olsa ekran şəkli əlavə edin və göndərin.
Cavab gələndə e-poçtla xəbər verilir; sorğunun bütün yazışması Dəstək bölməsində qalır.
Təcili hallarda WhatsApp və telefonla da əlaqə saxlaya bilərsiniz. Şifrələrinizi sorğuda yazmayın — lazım olsa, əməkdaşımız təhlükəsiz yolu göstərəcək.