Yenilənmə fakturası vaxtında ödənilməyəndə xidmət müvəqqəti dayandırılır: sayt açılmır, poçt işləmir, amma məlumatlarınız silinmir.
- Müştəri panelində Fakturalar bölməsində açıq fakturanı tapın.
- Fakturanı kartla və ya balansdan ödəyin.
- Ödənişdən sonra xidmət avtomatik açılır — adətən bir neçə dəqiqə ərzində.