İki mərhələli doğrulama aktiv olduqda, daxil olarkən şifrədən əlavə telefonunuzdakı tətbiqin yaratdığı 6 rəqəmli kod soruşulur. Şifrəniz başqasının əlinə keçsə belə, hesabınıza girə bilməz.
- Telefonunuza Google Authenticator, Microsoft Authenticator və ya oxşar tətbiq yükləyin.
- Müştəri panelində Hesabım → İki mərhələli doğrulama bölməsinə keçin.
- Ekrandakı QR kodu tətbiqlə skan edin.
- Tətbiqdə görünən 6 rəqəmli kodu yazıb təsdiqləyin.
- Göstərilən ehtiyat kodlarını təhlükəsiz yerdə saxlayın.