Hostinq paketi necə sifariş edilir

Paket seçimindən hostinqin avtomatik açılmasına qədər bütün addımlar.

Başlanğıc ~1 dəq oxuma Yeniləndi: 30.09.2026

Hostinq sifarişi tam avtomatikdir: ödəniş təsdiqlənən kimi hesabınız serverdə açılır və giriş məlumatları panelinizdə görünür.

  1. Hostinq menyusundan uyğun növü (Linux, WordPress, cPanel, Reseller) seçin və paketin altında Sifariş et basın.
  2. Domeninizi yazın. Yeni domen alırsınızsa, "Yeni domen qeydiyyatı" seçin — domen də səbətə əlavə olunur. Domeniniz başqa yerdədirsə, "Mövcud domenimi istifadə edirəm" seçin.
  3. Ödəmə müddətini seçin — illik ödənişdə aylıqdan daha sərfəli qiymət olur.
  4. Səbətdə kupon kodunuz varsa, yazıb tətbiq edin, sonra Ödənişə keç basın.
  5. Hesabınıza daxil olun (və ya qeydiyyatdan keçin) və ödəniş üsulunu seçin: kart, balans və ya bank köçürməsi.
  6. Ödənişdən sonra Xidmətlərim bölməsində hostinqiniz "Aktiv" görünür. Panelə daxil ol düyməsi ilə DirectAdmin panelinə keçə bilərsiniz.
Domeniniz başqa registrardadırsa, hostinqin işləməsi üçün domenin DNS serverlərini bizimkilərə dəyişməlisiniz: ns1.denizdesign.az, ns2.denizdesign.az. Bax: DNS serverlərini dəyişmək.
Problem həll olunmadı?

Komandamız 7/24 yanınızdadır — sorğu açın və ya AI Məsləhətçiyə yazın.