DNS serverlərini (nameserver) dəyişmək

Domeninizi hostinq serverimizə yönəltmək üçün nameserverləri necə dəyişməli.

DNS ~1 dəq oxuma Yeniləndi: 30.09.2026

Nameserverlər domeninizin hansı serverdə "yaşadığını" göstərir. Hostinqimizdən istifadə edirsinizsə, domenin DNS serverləri bunlar olmalıdır:

NS1ns1.denizdesign.az
NS2ns2.denizdesign.az

Domen bizdədirsə

  1. Domenlərim bölməsində domenin yanında İdarə et basın.
  2. DNS serverləri bölməsinə keçin.
  3. Xanalara yuxarıdakı nameserverləri yazın (köhnələri silin).
  4. Yadda saxla basın.

Domen başqa registrardadırsa

Domeni aldığınız şirkətin panelinə daxil olun, "Nameservers" / "DNS serverləri" bölməsini tapın və eyni ünvanları yazın.

Dəyişiklik adətən 1–4 saat ərzində, bəzi hallarda 24 saata qədər tam yayılır. Bu müddətdə sayt bəzi cihazlarda köhnə, bəzilərində yeni serverdən aça bilər — bu normaldır.
Problem həll olunmadı?

Komandamız 7/24 yanınızdadır — sorğu açın və ya AI Məsləhətçiyə yazın.