Saytınız bizdə qalıb, poçtunuz Google Workspace və ya Microsoft 365-də olmalıdırsa, yalnız poçt rekordlarını dəyişmək kifayətdir.
- Poçt xidmətinin sizə verdiyi MX, TXT (SPF / təsdiq) və lazım olsa CNAME rekordlarını qeyd edin.
- DNS rekordları bölməsində köhnə MX rekordlarını silin.
- Xidmətin verdiyi MX rekordlarını prioritetləri ilə birlikdə əlavə edin.
- SPF üçün TXT rekordunu əlavə edin və ya mövcud SPF-i yeniləyin (bir domendə yalnız bir SPF rekordu olmalıdır).
- Poçt xidmətinin panelində domeni təsdiqləyin.
Hostinqimizdə poçt qutularınız varsa, MX dəyişdikdən sonra yeni məktublar ora gəlməyəcək. Köhnə məktubları əvvəlcədən köçürün.