DNS dəyişiklikləri dünyadakı DNS serverlərinə dərhal çatmır — hər server köhnə məlumatı TTL müddəti qədər yadda saxlayır. Buna DNS yayılması deyilir.
- DNS rekordu dəyişikliyi: adətən bir neçə dəqiqədən 1–2 saata qədər.
- Nameserver dəyişikliyi: adətən 1–4 saat, maksimum 24–48 saat.
Yayılmanı sürətləndirmək üçün
- Brauzerin keşini təmizləyin və ya məxfi (incognito) pəncərədə açın.
- Kompüterdə DNS keşini təmizləyin: Windows-da
ipconfig /flushdns, macOS-dasudo dscacheutil -flushcache. - Telefonda Wi-Fi-ı söndürüb mobil internetlə yoxlayın.
Nəticəni dnschecker.org kimi saytlarda müxtəlif ölkələrdən yoxlaya bilərsiniz.