Pulsuz SSL əksər saytlar üçün kifayətdir. Ödənişli sertifikat bu hallarda lazım olur:
- Bütün subdomenləri bir sertifikatla qorumaq (Wildcard).
- Şirkət təsdiqli (OV / EV) sertifikat tələb olunur.
- Daha yüksək zəmanət məbləği və brend etibarı.
- SSL sertifikatları səhifəsində paketi seçin və domeni yazın.
- Ödəniş edin.
- Domen təsdiqini tamamlayın (e-poçt və ya DNS üsulu ilə).
- Sertifikat hazır olduqdan sonra hostinqimizdədirsə, quraşdırmada kömək edirik — dəstək sorğusu açın.