Pulsuz SSL (Let's Encrypt) aktiv etmək

Saytınızı https:// ilə açmaq üçün pulsuz sertifikat.

SSL və təhlükəsizlik ~1 dəq oxuma Yeniləndi: 30.09.2026

Bütün hostinq paketlərində pulsuz SSL var. Domen serverimizə yönəldikdən sonra sertifikat adətən avtomatik qoşulur. Qoşulmayıbsa:

  1. Domenin nameserverlərinin bizimki olduğundan və ya A rekordunun serverimizə yönəldiyindən əmin olun.
  2. DirectAdmin-də Security → SSL Certificates bölməsini açın.
  3. Get automatic certificate from ACME Provider (Let's Encrypt) seçin.
  4. Domeni və www variantını işarələyin, Save basın.
  5. Bir neçə dəqiqə sonra saytı https:// ilə açın.
Let's Encrypt sertifikatı 90 gündür, lakin avtomatik yenilənir — heç nə etməyiniz lazım deyil.
Problem həll olunmadı?

Komandamız 7/24 yanınızdadır — sorğu açın və ya AI Məsləhətçiyə yazın.