Serverlərimizdə müntəzəm ehtiyat nüsxələr alınır, lakin vacib dəyişikliklərdən əvvəl öz nüsxənizi götürməyiniz tövsiyə olunur.
Nüsxə yaratmaq
- DirectAdmin-də Advanced Features → Create/Restore Backups bölməsini açın.
- Nüsxəyə daxil ediləcəkləri seçin (fayllar, bazalar, poçt) və Create Backup basın.
- Hazır olanda fayl
backupsqovluğunda görünür — File Manager-dən kompüterinizə yükləyin.
Bərpa etmək
- Eyni bölmədə Restore hissəsində nüsxə faylını seçin.
- Bərpa ediləcək hissələri işarələyib təsdiqləyin.
Bərpa mövcud faylların və bazaların üzərinə yazır. Səhvən silinmiş məlumatı server nüsxəsindən qaytarmaq lazımdırsa, dəstək sorğusu açın.