- DirectAdmin-də Account Manager → MySQL Management bölməsini açın.
- Create New Database basın.
- Bazanın adını yazın. İstifadəçi adı avtomatik eyni olur; şifrəni yaradın və ya generasiya edin.
- Create basın və ekranda görünən məlumatları yadda saxlayın.
Saytınızın konfiqurasiya faylında (məs. WordPress-də wp-config.php) bu məlumatları yazın:
| Parametr | Dəyər |
|---|---|
| DB host | localhost |
| DB adı | hesabadi_bazaadi |
| DB istifadəçi | hesabadi_istifadeci |
| DB şifrə | yaratdığınız şifrə |
DirectAdmin baza və istifadəçi adlarının əvvəlinə hesab adınızı və alt xətt əlavə edir — konfiqurasiyada tam adı yazın.