FTP ilə qoşulmaq (FileZilla)

FTP hesabı yaratmaq və FileZilla proqramı ilə fayl göndərmək.

Hostinq və DirectAdmin ~1 dəq oxuma Yeniləndi: 30.09.2026

FTP hesabı yaratmaq

  1. DirectAdmin-də Account Manager → FTP Management bölməsini açın.
  2. Create FTP Account basın, istifadəçi adı və şifrə yazın.
  3. Hesabın qovluğunu seçin (bütün hesab və ya yalnız müəyyən qovluq) və yaradın.

FileZilla ayarları

SahəDəyər
Hostftp.domeniniz və ya serverin IP ünvanı
İstifadəçi adıistifadeci@domeniniz (yaratdığınız FTP hesabı)
ŞifrəFTP hesabının şifrəsi
Port21 (FTP / FTPS)
Təhlükəsizlik üçün FileZilla-da "Use explicit FTP over TLS if available" (FTPS) seçimindən istifadə edin.
Problem həll olunmadı?

Komandamız 7/24 yanınızdadır — sorğu açın və ya AI Məsləhətçiyə yazın.