Domen necə qeydiyyata alınır

Adın yoxlanmasından domenin aktivləşməsinə qədər.

Domen ~1 dəq oxuma Yeniləndi: 30.09.2026
  1. Domen səhifəsində istədiyiniz adı yazıb axtarın (məs. sirketim.az). Zona yazmasanız, populyar zonalar birlikdə yoxlanılır.
  2. Domen boşdursa, Səbətə at basın. Məşğuldursa, başqa ad və ya zona sınayın, ya da AI Domen Generatoru ilə ad tapın.
  3. Səbətdə qeydiyyat müddətini seçin və ödənişə keçin.
  4. Ödənişdən sonra domen avtomatik qeydiyyata alınır və Domenlərim bölməsində görünür.

Yaxşı domen adı üçün məsləhətlər

  • Qısa, yadda qalan və asan yazılan ad seçin.
  • Azərbaycan hərflərindən (ə, ş, ç) istifadə etməyin — yalnız latın hərfləri, rəqəm və defis olur.
  • Yerli bazar üçün .az, beynəlxalq üçün .com zonası tövsiyə olunur.
  • Brendinizi qorumaq üçün eyni adı bir neçə zonada almağı düşünün.
Domen alarkən daxil etdiyiniz ad və əlaqə məlumatları domenin sahibi kimi qeyd olunur. Məlumatlarınızın doğru olduğundan əmin olun.
Problem həll olunmadı?

Komandamız 7/24 yanınızdadır — sorğu açın və ya AI Məsləhətçiyə yazın.