Domeni başqa ünvana yönləndirmək

Domenə daxil olan ziyarətçini başqa sayta avtomatik göndərin.

Domen ~1 dəq oxuma Yeniləndi: 30.09.2026

Məsələn, brendim.com ünvanına girənləri brendim.az saytına göndərmək istəyirsinizsə, yönləndirmədən istifadə edin.

  1. Domenlərim → İdarə et → Yönləndirmə bölməsinə keçin.
  2. Hədəf ünvanı tam yazın (məs. https://brendim.az).
  3. Yönləndirmə növünü seçin: 301 (daimi) — SEO üçün tövsiyə olunur; 302 (müvəqqəti) — qısa müddətli yönləndirmə üçün.
  4. Yadda saxlayın. Dəyişiklik bir neçə dəqiqə ərzində işləməyə başlayır.
Hostinqiniz bizdədirsə, yönləndirməni DirectAdmin-də Advanced Features → Redirects bölməsindən də qura bilərsiniz.
Problem həll olunmadı?

Komandamız 7/24 yanınızdadır — sorğu açın və ya AI Məsləhətçiyə yazın.