Domen müəyyən müddətə (adətən 1 il) qeydiyyata alınır. Müddət bitməzdən əvvəl sistem avtomatik yenilənmə fakturası yaradır və sizə e-poçtla xəbər verir.
- Hesabım → Fakturalar bölməsində yenilənmə fakturasını açın.
- Kartla, balansdan və ya bank köçürməsi ilə ödəyin.
- Ödənişdən sonra domenin bitmə tarixi avtomatik uzadılır.
Domeni fakturanı gözləmədən əvvəlcədən uzatmaq üçün: Domenlərim → İdarə et → Domeni yenilə.